Polşa Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar hərbi kontingentini İraqdan çıxarmaq qərarına gəlib.
Oxu.Az bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkə hesabında məlumat verib.
Nazir vurğulayıb ki, Varşava NATO ilə koordinasiyada hərəkət edib. O həmçinin qeyd edib ki, regionda ümumi sayı 350 nəfərə qədər olan bütün Polşa hərbçiləri İraqı tərk edib, onların böyük bir hissəsi artıq Polşaya qayıdıb, qalanları isə İordaniyadadır.