Ukrayna Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin şəxsiyyətini təsdiqləyən bütün sənədlərin ləğv edilməsi ilə bağlı ABŞ və digər ölkələrə bildiriş göndərib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Komsomolskaya Pravda” mənbəyə əsasən xəbər verir.
“Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilinin vətəndaşlığı ilə bağlı hiyləgər fəndə əl atıb. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı sərəncam imzalandıqdan dərhal sonra Ukrayna XİN-i ABŞ və digər ölkələrin səlahiyyətli orqanlarına, onun bütün pasportlarının ləğv edilməsi ilə bağlı bildiriş göndərib. O, ABŞ-dan fiziki olaraq nə Ukraynaya, nə də digər ölkələrə gedə bilmir. Yoldaş Saakaşvili – siz təcrid olunmusunuz”, - qəzet yazır.
Məlumata əsasən, Tbilisi artıq bu ekstradisiya məsələsi ilə bağlı ABŞ-la danışıqlara başlamağa hazırdır.
N.О.