Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pxenyan Seula xəbərdarlıq edib
KXDR Pxenyanın rayonlarından birində Cənubi Koreyanın kəşfiyyat pilotsuz uçuş aparatının qalıqlarının tapılması fonunda Seula xəbərdarlıq etdi ki, onun hərbi vasitələrinin Şimali Koreya ərazisinə təkrar müdaxiləsi müharibə elanı kimi qiymətləndiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat verib.
"Koreya Respublikasının hərbi vasitələrinin KXDR-in ərazisinə, hava məkanına və ərazi sularına müdaxilə aktının təkrar aşkarlanması və təsdiqlənməsi KXDR-in suverenliyinə qarşı ciddi hərbi təxribat kimi qiymətləndiriləcək", - deyə nəşrdə vurğulanıb.
Qeyd olunub ki, Şimali Koreya bunu Seul tərəfindən müharibə elanı hesab edəcək və dərhal cavab zərbələri vurmağa hazırdır.
"KXDR" teqi üzrə xəbərlər
- Kim Çen Inın bacısı Koreya yarımadasında mümkün müharibə barədə xəbərdarlıq edib
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
- Şimali Koreya Ukraynada müharibəyə 10 mindən çox hərbçi göndərir?
- KXDR hakerləri nüvə proqramı üçün üç milyard dollar oğurladılar
- KXDR Cənubi Koreyanı düşmən elan edib
Rəylər