Misirin paytaxtı Qahirə şəhərinin mərkəzi rayonlarından birində güclü partlayış baş verib. Nəticədə ən azı iki nəfər yaralanıb. Bu barədə yerli KİV mılumat yayıb.
Oxu.Az TASS- istinadla xəbər verir ki, məlumatlara əsasən, bomba Muhandisin rayonunda polis postunun yaxınlığında partladılıb. İnsidentin baş verdiyi yerin yaxınlığında həmçinin Misirin Daxili İşlər Nazirliyinə məxsus bina yerləşir.
Hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.