Qərbi Afrika ölkəsi Qanada baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 14 nəfər ölüb, yaralılar var.
Oxu.Az xəbər verir ki, ölkənin şərq bölgəsində – Nkaukau-Akra şosesində avtobusla yük maşını toqquşub.
Qəzada ölənlərin beşi uşaqdır.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisı ilə bağlı polis araşdırma aparır.