Paleontoloqlar Misirin Qərb səhrasında, Xarqa vahəsi yaxınlığında qədim dəniz timsahlarının əvvəllər elmə məlum olmayan növünün qalıqlarını aşkar ediblər.
Oxu.Az bu barədə "ScienceDaily" saytına istinadən xəbər verir.
Yeni növ "Wadisuchus kassabi" adlandırılıb. Tapınıtını təxminən 80 milyon il yaşı olduğu ehtimal edilir. Alimlər dörd fərqli fərddən qalan iki natamam kəllə və burun hissəsi fraqmentlərini araşdırmağı bacarıblar.
Tədqiqatın aparıcı müəllifi Sara Saber bildirib ki, "Wadisuchus kassabi" uzunluğu 3.5-4 metr olan, uzunburunlu, iti və böyük dişlərə malik sürünəndir.
Onu digər qohumlarından fərqləndirən əsas xüsusiyyət isə çənəsinin ön hissəsində beş diş əvəzinə dörd dişin olmasıdır.