Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbin baş tutmayan Gürcüstan ssenarisi - "Kaspi"nin TƏHLİLİ
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri regionda marağı olan dövlətlərin ən çox diqqət yetirdiyi məsələlər sırasındadır.
Gürcü xalqının məhz "Gürcü Arzusu"na səs verməsi onların milli-mənəvi dəyərlərə bağlılığını və bu dəyərləri qoruma əzmini nümayiş etdirib. "Gürcü Arzusu"nun qalib gəlməsi həm də o deməkdir ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq.
Ən əsası isə parlament seçkisinin nəticələri Qərbin Ukraynada olduğu kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmasının qarşısını aldı.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Seçkilərin qalibi Brüssel olmadı
Təbii ki, bu nəticələr Qərb və onun strukturlarını qane etməyib.
Artıq Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlara başlaması üçün tövsiyə verməkdən imtina edib.
Ümumiyyətlə, Qərbdə seçkinin nəticələrini özlərinin məğlubiyyəti kimi qəbul edirlər. Elə baş nazir Viktor Orbanla birgə Tbilisiyə gələn Macarıstanın xarici işlər naziri Peter Siyarto da bəyan edib ki, Gürcüstandakı parlament seçkilərinin qalibi Brüssel olmayıb.
"Gürcü Arzusu" təmsilçiləri seçki kampaniyası dövründə öz çıxışlarında müharibə mövzusundan da məharətlə istifadə ediblər. "Ölkəni müharibəyə sürükləmək istəyən daxili və xarici düşmənlər azacıq şans gözləyirlər ki, milli hökumət hansısa yolla agentlərlə əvəz edilsin. Bu da Gürcüstanın məhvi deməkdir", - partiyanın sədri Bidzina İvanişvili seçkidən əvvəl qeyd edirdi.
Nəticələr göstərir ki, Qərblə münasibətlərdəki böhran fonunda əhalinin bir hissəsi Gürcüstanla birbaşa həmsərhəd olan Rusiya ilə sülhün qorunmasını vacib sayır.
Digər mühüm cəhət ondan ibarətdir ki, "Gürcü Arzusu" özünü Moskva ilə münasibətlərdə balansı qoruyub saxlamaqla yanaşı, Gürcüstanı Avropa İttifaqına gətirəcək qüvvə kimi təqdim edir.
Beləliklə, artıq birmənalı şəkildə deyə bilərik ki, Qərbin Gürcüstan layihəsi pozulub. Onların mühüm geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazdakı xarici siyasəti axsamağa başlayıb.
"Viktor Orban" teqi üzrə xəbərlər
- Orban: "Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub"
- Viktor Orban Volodimir Zelenskiyə səsləndi
- Viktor Orban: "Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir"
- Orban Moskvadakı 9 May paradına qatılmayacaq
- Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"