Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Qəzza zolağının gələcəyi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqları artmaqdadır](https://images.oxu.az/2023/11/16/10/24/43/761f8b30-979f-4400-a512-9d03ad4a8812/FotoJet - 2023-11-16T102435.994:1200.jpg)
Qəzza zolağının gələcəyi ilə bağlı ABŞ və İsrail arasında fikir ayrılıqları artmaqdadır
ABŞ administrasiyasının rəsmiləri HƏMAS-a qarşı hərbi hücumun gedişi və iki ölkənin Qəzzanın gələcəyini necə təsəvvür etməsi ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti ilə getdikcə daha çox fikir ayrılığına düşüblər.
“Biz onların (israillilərin) mülki itkiləri azaltmaq üçün mümkün olan hər şeyi etməməsindən narahatıq”, - deyə ABŞ administrasiyasının rəsmilərindən biri bildirib.
Bundan əlavə, qeyd olunur ki, İsrail hərbi hücumunu başa vurduqdan sonra Fələstin anklavını kimin idarə edəcəyi sualı ətrafında fikir ayrılığı yaranır.
ABŞ və İsrail özlərini birləşmiş cəbhə olaraq ictimaiyyətə təqdim etməyə çalışsalar da, Netanyahunun keçən həftə İsrailin qeyri-müəyyən müddətə Qəzzada təhlükəsizlik rolunu oynayacağını deməsindən sonra fikir ayrılığı üzə çıxdı.
Eyni zamanda ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ Qəzza zolağının yenidən işğalı və ya anklavın blokadası ilə bağlı heç bir təklifi qəbul etməyəcək.
Verilən məlumata görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının rəsmiləri də keçmiş İsrail rəsmilərinin Qəzzanın şimalında İsraili gələcəkdə Qəzzadan gələcək hər hansı hücumdan qorumaq üçün güclü möhkəmləndirilmiş “bufer zona” yaratmaq ideyasından ehtiyat edirlər.
ABŞ administrasiyasının rəsmiləri bildiriblər ki, Qəzza daxilində İsrailin nəzarətində olan bufer zonasının yaradılması anklavın ərazisinin azaldılması demək olacaq, Ağ Ev isə bunu qəbuledilməz hesab edir.
“ABŞ bildirib ki, fələstinlilər Qəzzadan köçürülməməlidirlər. Biz bunun irəliyə doğru ən yaxşı yol olduğuna əmin deyilik”, - deyə administrasiyanın ikinci yüksəkrütbəli rəsmisi bildirib.
Mənbə: NBC News
"Antoni Blinken" teqi üzrə xəbərlər
- Ermənilərin korrupsioner dayağının sonu: Menendezə verilən layiqli cəza
- Dmitri Peskov çətin sual qarşısında: Bayden administrasiyası Putini öldürməyə çalışıb?
- ABŞ Dövlət Departamenti Blinkenin Belarusla bağlı bəyanatını öz saytından sildi
- Rusiyanın Ermənistan peyki - İrəvanın yadına düşən strateji müttəfiqlik
- Paşinyan KTMT-dən çıxmaq üçün son addımlarını atır: ABŞ dəstək verəcək?
Rəylər