Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qəzzada 2 km uzunluğunda tunellər dağıdılıb
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda və mərkəzində ümumi uzunluğu 2 kilometr olan iki tuneli məhv edib. Əməliyyata mühəndis xüsusi təyinatlıları cəlb edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, söhbət "hücum" tunellərdən, yəni aktiv döyüş əməliyyatlarının aparılması üçün yeraltı kommunikasiyalardan gedir. Bu tunellər şaxələnmiş quruluşa və bir neçə çıxışa, eləcə də çoxlu silahların saxlandığı otaqlara malik idi.
Əməliyyat zamanı İsrail hərbçiləri SAXAL qüvvələrinin marşrutuna mina döşəməyə çalışan bir qrup yaraqlını məhv edib. Bundan əlavə, tank əleyhinə mövqelər və digər infrastrukturlar dağıdılıb.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrail "Hizbullah" komandirini məhv etdi
- SAXAL Qəzza sektoruna yeni hücum planını təsdiqləyib
- İsrailin yeni Baş Qərargah rəisi bu ili İrana qarşı müharibə dövrü elan etdi
- İsraildə terror aktının qarşısı alınıb: 100 kiloqramlıq bomba neytrallaşdırılıb
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb