Xəbər verdiyimiz kimi, dünən İsrail ordusu Qəzzanın şimalında yerləşən, BMT-yə məxsus məktəbi atəşə tutub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fələstin qaçqınlarının sığındığı məktəbdə 17 nəfər ölüb, 200-dən çox adam isə ağır yaralanıb.
Bununla bağlı Fələstin BMT-dən açıqlama tələb edir. Belə ki, Fələstin hökumətinin rəsmisi Riyad Mənsur sözügedən təşkilatın baş katibi Pan Gi Muna məktub ünvanlayıb və zərbənin araşdırılmasını istəyib.
Oxu.Az həmin məktəbdəki faciənin fotolarını təqdim edir: