2023-cü ilin noyabr ayının sonunda Qəzza zolağında quru əməliyyatlar başlayandan Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlərdə həlak olan İsrail Müdafiə Qüvvələrinin şəxsi heyətinin sayı 195-ə yüksəlib.
Belə ki, ordunun mətbuat xidməti bazar günü daha bir hərbçinin həlak olduğunu bildirib. Son məlumatlara görə, Qəzza zolağının cənubunda 23 yaşlı çavuş ölüb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının hücumu nəticəsində münaqişənin kəskinləşməsindən sonra İsrail ordusunun ümumi itkiləri 530 nəfəri keçib.
Mənbə: TASS
Rəylər