"Qiyamət günü" radiostansiyası kimi tanınan UVB-76 iki yeni müəmmalı söz səsləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "UVB-76 logları" adlı "Telegram" kanalında məlumat verilib.
Radiostansiya Bakı vaxtı ilə saat 12:40-da efirə qoşulub. Yayım zamanı "larinqoloq" və "brahman" sözləri eşidilib. Bu ifadələrin hansı məna daşıdığı və kimin üçün nəzərdə tutulduğu hələlik qeyri-müəyyəndir.
Qaynar xətt:
(055) 224 12 12