Cənubi Afrikada itkin düşmüş 59 yaşlı iş adamı Qabriel Batistanın qalıqları timsahın mədəsində tapılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, öldürülən timsahın mədəsindən çıxan insan qalıqlarının itkin düşmüş Qabriel Batistaya məxsus olduğu bildirilir.
Cənubi Afrika Respublikasının şərqində öldürülən 500 kiloqramlıq timsahın mədəsindən insana aid bədən hissələri çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "News24" nəşri məlumat yayıb.
Hadisə 59 yaşlı bir hotel sahibinin şiddətli yağış zamanı körpüdən "Timsah çayı"na düşərək yoxa çıxması ilə başlayıb. Uzunluğu təxminən 4.5 metr olan yırtıcı həmin şəxsin çaya düşdüyü ərazinin yaxınlığında aşkarlanıb. Axtarış əməliyyatına rəhbərlik edən polis kapitanı bildirib ki, timsah udduğu şikara görə o qədər ağırlaşıb ki, hətta qaçmağa belə cəhd göstərməyib.
Yırtıcının cəsədinin ərazidən götürülməsi üçün çətin əməliyyat keçirilib. Polis kapitanı Yohan Potgiter helikopterlə birbaşa timsahların olduğu çaya eniş edib. Zabit sonradan bu proses zamanı böyük qorxu hissi keçirdiyini etiraf edib. Ardınca həm o, həm də öldürülən sürünən helikopterlə ərazidən uzaqlaşdırılıb.
Zərərsizləşdirilmiş timsah Kruger Milli Parkına aparılıb və orada mütəxəssislər tərəfindən yarılıb. Yırtıcının mədəsindən insana aid əllər və qabırğa sümüklərinin bir hissəsi çıxarılıb. Qalıqların kimə məxsus olduğu məhkəmə-tibbi ekspertiza vasitəsilə dəqiqləşdiriləcək.
Bundan başqa, timsahın mədəsindən altı cüt ayaqqabı da tapılıb. Hüquq-mühafizə orqanları bu dəhşətli hadisənin təfərrüatını araşdırmağa davam edir.