Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qrenlandiyanın taleyi üçün həlledici seçkidə ilkin nəticələr açıqlanıb
Qrenlandiyada seçkidə müstəqillik referendumu keçirmək tərəfdarı olan müxalif "Demokraatit" ("Demokratlar") Partiyası 29.9% səslə öndədir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Valg.gl xəbər verib.
Bildirilib ki, ikinci yerdə gələn müxalif mərkəzçi "Naleraq" Partiyası 24.1% səs toplayıb. Bu partiya Qrenlandiyanın tez bir zamanda müstəqillik əldə etməsinə çalışır.
Üçüncü yerdə isə əvvəlki parlament seçkisində 31 deputat mandatından 12-nə sahib olan "Inuit Ataqatigiit" qərarlaşıb. Bu siyasi qüvvə və eləcə də, parlamentdə 10 yerə malik olmuş "Siumut" Partiyası müstəqillik referendumu ideyasını dəstəkləyir, lakin ümumxalq sorğusunun keçirilmə tarixi barədə hələ ki, qərar verməyiblər.
Qeyd edək ki, 2009-cu ildə Danimarka ilə imzalanmış razılaşmaya əsasən, Qrenlandiya yalnız referendum keçirildikdən sonra müstəqillik qazana bilər. Qrenlandiyada tam suverenliyə dəstək geniş olsa da, bəzi insanlar adanın müstəqil hərəkət edəcəyi təqdirdə onun müdafiəsi və iqtisadiyyatı üçün narahatdırlar.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Danimarka tərkibində muxtariyyət olan Qrenlandiya Birləşmiş Ştatlara qoşulmalıdır. O, Danimarkanın adadan imtina etmədiyi təqdirdə ölkəyə qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hələ ilk prezidentlik dönəmində (2017-2021) Tramp Qrenlandiyanı satın almağı təklif etmişdi. O zaman olduğu kimi, indi də Danimarka və Qrenlandiya hakimiyyət orqanları bu ideyanı rədd ediblər.
Adanın müstəqilliyi məsələsi seçki kampaniyasının əsas mövzularından birinə çevrilib: ictimai rəy sorğuları göstərir ki, əksər qrenlandiyalılar müstəqillik istəyir, lakin onlar hələ də nə vaxt və necə ayrılacaqlarına qərar verməyiblər. Yanvar ayında aparılmış sorğuya əsasən, əhalinin cəmi 6 faizi Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil olmasını dəstəkləyir.
"Danimarka" teqi üzrə xəbərlər
- Ukraynanı qorumağın "ən asan və ən ucuz" yolu açıqlandı
- Kaliforniya Danimarkanın tərkibinə daxil ediləcək? - Ştatın satınalınması üçün qiymət hesablanır
- Tramp Qrenlandiyanı istəyir, Aİ qoşunlarını yerləşdirməyə hazırlaşır: Arktikada münaqişə yetişir?
- Trampdan iddialı çıxış: "Yaxın gələcəkdə ölkəmizin ərazisi əhəmiyyətli dərəcədə böyüyə bilər"
- Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi