"İranın Natanzdakı nüvə obyektinin qoruyucu perimetri daxilində fon radiasiyasının bir qədər artıqlığı qeydə alınıb. Nüvə obyektində kiçik radioaktiv çirklənmə aşkar edilib".
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi deyib.
R.Qrossi əlavə edib ki, baş verənlərə rəğmən ətraf mühit və insanlar üçün heç bir təhlükə mövcud deyil.