Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Quaydo Venesuela hökumətinə: Nə badə məni həbs edəsiniz
Venesuela müxalifətinin lideri Xuan Quaydo onun ölkəyə qayıdan zaman həbsinin Maduro hökumətinin “ən sonuncu səhvlərindən” ola biləcəyini bildirib.
TASS-ın məlumatına görə, bu barədə o, “Periscope” sosial şəbəkəsində canlı yayımda danışıb.
Ölkə hüdudlarından kənarda olan Quaydo martın 4-də Venesuelaya qayıdacağını vurğulayıb. O, Venesuela sərhədini keçən zaman saxlanılacağı təqdirdə əhalinin səfərbərliyinə başlanılacağını diqqətə çatdırıb. Bundan başqa, “beynəlxalq müttəfiqlərinin belə olan halda atılacaq addımlarla bağlı konkret təlimatlarının” olduğunu dilə gətirib.
Bu arada, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da məsələyə münasibət bildirib. O, öz “Twitter” hesabında yazıb ki, müxalifət liderinin ölkəyə qayıtmasına qarşı yönəlmiş istənilən təhdidlər və ya addımlar ABŞ və dünya ictimaiyyətinin güclü cavabı ilə qarşılanacaq.
Rəylər