Misirin “Rəfah” keçid məntəqəsində hərəkət dayandırılıb.
Məlumata görə, məntəqənin bağlanmağı 20 yük maşını keçdikdən az sonra baş verib.
Qeyd edək ki, humanitar yardım, o cümlədən dərman preparatları olan yük maşınları Misirin “Rəfah” keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlamışdı.
Mənbə: RİA Novosti” “Telegram” kanalı
12:12
Humanitar yardım, o cümlədən dərman preparatları olan yük maşınları Misirin “Rəfah” keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb.
Məlumata görə, Qəzzada olan xarici vətəndaşların yaxın vaxtlarda “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə bilmələri üçün də şərait yaradılacaq.
Mənbə: RİA Novosti” “Telegram” kanalı