Kreml ilə bağlı olan hərbçilər Venesuelaya gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters”in öz mənbələrinə istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, “Vaqner qrupu” özəl hərbi şirkətin əməkdaşları Venesuela prezidenti Nikolas Maduronun mühafizəsini gücləndirəcəklər.
Rusiya prezidentinin mətbut katibi Dmitri Peskov isə agentliyə açıqlamasında bundan xəbərsiz olduğunu bildirib.
Hazırda Venesuelada olan rusiyalı muzdluların sayının 400-ə çatdığı bildirilir.
Rəylər