İtaliyanın paytaxtı Romanın cənub-şərq hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hadisə nəticəsində səkkizi polis əməkdaşı olmaqla azı 20 nəfər xəsarət alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Il Messaggero" xəbər yayıb.
Bildirilir ki, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb və alov yalnız müəyyən vaxt keçdikdən sonra lokallaşdırılıb.
Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib - mütəxəssislər insidentin bütün təfərrüatlarını araşdırır.
Hazırda hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmət əməkdaşları işləyirlər. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı metro stansiyası müvəqqəti bağlanıb.