Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rumıniya hərbçilərinin döyüş atışlı təlimi Polşada problemlər yaratdı
Polşada döyüş atışlı təlim zamanı Rumıniya hərbçiləri yaşayış məntəqələrini artilleriyadan atəşə tutub, yaşayış binalarına və məktəbə ziyan vurublar.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə yerli burmistr Fransişek Romankeviç məlumat verib.
Onun sözlərinə görə, mərmilərdən biri həmin an yatmaqda olan sakinin mənzilin pəncərəsinə düşüb.
"Mərmi şüşəni sındırıb və divarı deşib. Sakin çox qorxub, ona tibbi yardım göstərilib", - Romankeviç vurğulayıb.
Burmistr qəsəbə ərazisinə bir neçə artilleriya mərmisinin düşdüyünü bildirib.
"Düşünürəm ki, yeddi və ya səkkiz mərmi var idi", - Romankeviç əlavə edib.
Onun sözlərinə görə, bir neçə mərmi sınaq meydançasından dörd kilometr aralıda yerləşən yaşayış binalarının fasadlarını deşib. Bundan əlavə, məktəb binası, uşaq meydançası və mağazaya ziyan dəyib.
Rəylər