Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rumıniyanın yeni prezidentinin adı məlum olub
Rumıniyada keçirilən prezident seçkisinin ikinci turunda Buxarest meri, müstəqil namizəd Nikuşor Dan qalib gəlib.
Oxu.Az bu barədə yerli KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, N.Dan Rumıniyanın NATO və Avropa İttifaqının üzvlüyünün qorunub saxlanmasının və ABŞ ilə strateji əməkdaşlığın tərəfdarıdır.
Avropayönlü müstəqil namizəd Rumıniya siyasətçilərini Avropa İttifaqı ilə münasibətlərdə passivlik göstərməkdə günahlandırıb. Yeni prezident hesab edir ki, hökumət Şengenlə bağlı mürəkkəb proseduru asanlaşdırmaqda maraqlı deyil.
N.Dan Rusiya ilə münaqişədə Ukraynaya dəstək verib, Rusiyanı aqressiv qonşu adlandırıb.
Rumıniyada keçirilən prezident seçkisinin ikinci turunda bülletenlərin 98%-nin hesablanmasından sonra Buxarestin meri olan Avropayönlü müstəqil namizəd Nikuşor Danın 54%-dən çox səs topladığı məlum olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rumınların Birləşməsi Alyansının lideri George Simion isə 45%-dən çox səs qazanıb.
Seçici fəallığı qeydə alınmış seçicilərin 64.39 faizini təşkil edib. Səsvermənin yekun nəticələrinin bütün səslərin hesablanması başa çatdıqdan sonra bazar ertəsi elan ediləcəyi gözlənilir.
Rumıniyada prezident seçkisinin ikinci turu başlayıb. Ümumilikdə ölkədə 19 minə yaxın seçki məntəqəsi açılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onlar yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00 - red.) işə başlayıb və rəsmi olaraq saat 21:00-da bağlanır, lakin həmin vaxt hələ də növbədə dayanacaq seçicilər saat 23:59-a (Bakı vaxtı ilə 00:59 - red.) qədər səs verə biləcəklər.
Seçkidə iştirak etmək üçün 18 milyona yaxın seçici qeydiyyatdan keçib.
Qeyd edək ki, Rumıniyada ən yüksək dövlət postu uğrunda müxalif millətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion və Buxarestin meri vəzifəsini tutan avropayönlü müstəqil namizəd Nikuşor Dan mübarizə aparırlar.
"Rumıniyada prezident seçkisi" teqi üzrə xəbərlər
- Demokratiya hərləyən var?!
- Rumıniyada prezident seçkisinin nəticələri ləğv ediləcək?
- Simion dörd ölkəni Rumıniyada seçkiyə müdaxilədə ittiham etdi
- Rumıniyada prezident seçkisinin ikinci turunun ləğvi üçün şikayət verildi
- Rumıniyada prezident seçkisi: Sakinlər pasportlarını kəsərək məhv etməyə başladılar