Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rumıniyada prezident seçkisinin nəticələri ləğv ediləcək?
Rumıniyanın Konstitusiya Məhkəməsi Rumınların birləşməsi uğrunda Millətçi Alyansın lideri Corc Simionun seçkinin ikinci turunun nəticələrinin ləğv edilməsi tələbi ilə şikayətini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda bildirilib.
"Konstitusiya Məhkəməsi öz səlahiyyətləri daxilində… Rumıniyada prezident seçkisinin ikinci turunun (nəticələrinin) ləğvi ilə bağlı cənab Corce-Nikolae Simionun təqdim etdiyi vəsatəti araşdırıb. Müzakirələrdən sonra Konstitusiya Məhkəməsi yekdilliklə seçkinin (nəticələrinin) ləğv edilməsi barədə vəsatəti əsassız sayaraq, onu rədd edib", - deyə məhkəmə qərarında qeyd olunub.
"Rumıniyada prezident seçkisi" teqi üzrə xəbərlər
- Demokratiya hərləyən var?!
- Simion dörd ölkəni Rumıniyada seçkiyə müdaxilədə ittiham etdi
- Rumıniyada prezident seçkisinin ikinci turunun ləğvi üçün şikayət verildi
- Rumıniyada prezident seçkisi: Sakinlər pasportlarını kəsərək məhv etməyə başladılar
- Rusiya XİN: "Fransa söz azadlığını kobud şəkildə pozur və Rumıniyanın daxili işlərinə qarışır"