Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən klublar bəlli oldu
2025/2026 mövsümü üçün Çempionlar Liqasının əsas mərhələsinə biletlər öz sahiblərini tapmaqda davam edir.
Oxu.Az xəbər verir ki, ötən gün "Qalatasaray" Türkiyə çempionu olub və qitənin əsas klub turnirinin liqa mərhələsinə vəsiqəni təmin edib.
Xatırladaq ki, əsas mərhələdə 36 komanda mübarizə aparacaq. 29 komanda birbaşa, daha 7-si isə yayda seçmə mərhələlərdən sonra Liqa mərhələsinə yüksələcək.
Artıq 20 komanda Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib:
İngiltərə: "Liverpul", "Arsenal".
İspaniya: "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Atletik Bilbao".
İtaliya: "Napoli", "İnter", "Atalanta".
Almaniya: "Bavariya", "Bayer Leverkuzen", "Ayntraxt", "Borussiya Dortmund".
Fransa: PSJ, "Marsel", "Monako".
Niderland: PSV, "Ayaks".
Portuqaliya: "Sportinq".
Türkiyə: "Qalatasaray".
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Merih Demiral "Fənərbağça"nın təklifini qəbul etmədi
- "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi nə vaxt bəlli olacaq?
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir
- Pep Qvardiola Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb