Moskva şəhər məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini daha altı ay uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Markaryanın həbs müddəti avqustun 9-na qədər uzadılıb.
Qeyd edək ki, bloqer ötən ilin avqustun 23-də Moskva vilayətində saxlanılıb. Avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı hərbçilərin xatirəsini təhqir etdiyi üçün həbs edib.