Rusiyanın Birinci Apellyasiya Məhkəməsi daha əvvəl nasizmin reabilitasiyası işi üzrə 4.5 il həbs cəzasına məhkum edilmiş bloqer Arsen Markaryana çıxarılmış hökmü qanuni hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məhkəmədə bildiriblər.
Markaryan martda Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsi (nasizmin reabilitasiyası) ilə nəzərdə tutulmuş cinayətin iki epizoduna görə məhkum edilib. İttihamın versiyasına görə, bloqer öz çıxışlarından birində Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosovun ünvanına təhqiredici ifadə işlədib.
Həmçinin Markaryan messencerlərin birində açıq şəkildə qrupların milli əlamətə görə məhv edilməsi ilə bağlı nasizmin ideologiyasını və təcrübəsini əsaslandıran videoyazı yerləşdirib. Moskva Şəhər Məhkəməsi ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Bloqer öz təqsirini etiraf edib.
2025-ci il avqustun 23-də istintaq qrupunun əməkdaşları Markaryanı Moskva regionunda saxlayıblar. İstintaqın versiyasına görə, o, 2025-ci ilin əvvlində hərbçilərin xatirəsinin təhqir olunduğu məlumatları ehtiva edən video paylaşıb.