Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Rusiya ilə danışıqların davam etdirilməsi üçün yer olaraq nəzərdən keçirildiyini təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın "Strana" nəşri məlumat verib.
Onun sözlərinə görə, Moskva Belarusu danışıqlar prosesi üçün platforma kimi təklif edib, lakin Ukrayna bununla razılaşmayıb. Çünki oradan raketlərin uçduğunu, qoşunların daxil olduğunu iddia edir.
Kiyev "neytral platformalar"a - Türkiyə, Vatikan və İsveçrəyə üstünlük verir.