Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya Ukraynada atəşkəs təklifindən niyə narahat olduğunu açıqlayıb
"Rusiya istənilən şəkildə atəşkəsin hazırda çətin dövr keçirən Ukrayna qoşunlarının yenidən silahlanması üçün vaxt qazanacaqları ilə bağlı öz narahatlıqlarını ABŞ-yə çatdırıb".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Biz Qərb və Kiyevin atəşkəs çağırışlarını hazırda çətin dövr keçirən Ukrayna qoşunlarına fasilə vermək cəhdi kimi qəbul edirik. Rusiya ordusu bütün istiqamətlərdə hücum edir. Bu vəziyyətdə biz bunu Ukrayna hərbçilərinə yenidən silahlanma və yenidən qruplaşma üçün müəyyən vaxt vermək cəhdi kimi qəbul edə bilərik", - deyə o əlavə edib.
"Yuri Uşakov" teqi üzrə xəbərlər
- ABŞ Rusiya ilə hava nəqliyyatını nə vaxt bərpa edəcək?
- ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir
- Uşakov Ukraynanın NATO-ya daxil olmasına Rusiya və ABŞ-nin münasibətini açıqladı
- Putin Trampın xüsusi elçisi ilə Ukraynanı qapalı formatda müzakirə edəcək
- Kreml: "Rusiya müvəqqəti atəşkəs istəmir"