Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub
Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, danışıqlarda Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda iştirak edəcək.
"Ümid edirik ki, bazar ertəsi keçiriləcək məsləhətləşmələr məhsuldar olacaq", - deyə V.Putinin köməkçisi qeyd edib.
"Ər-Riyad" teqi üzrə xəbərlər
- Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının altıncı iclası keçirilib
- Rusiya və ABŞ birbaşa uçuşların bərpasını müzakirə edirlər
- Ər-Riyadda baş tutan ABŞ-Rusiya danışıqlarının nəticələri
- ABŞ və Ukrayna Ər-Riyadda danışıqların ikinci raundunu yekunlaşdırıblar
- Ermənistan sülhə, yoxsa təxribata hazırlaşır?
Ən çox oxunanlar