Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın beynəlxalq aeroportuna növbəti hücum zamanı bir nəfər ölüb, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
"Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi bəyan edib ki, oktyabrın 11-də Ər-Riyad beynəlxalq aeroportuna edilən hücum nəticəsində bir nəfər həlak olub, 11 nəfər yaralanıb", - deyə məlumatda qeyd olunub.
Xəbərdə bildirilib ki, növbəti hücum əvvəlki güclü zərbədən təxminən bir sutka sonra həyata keçirilib. Məlumata görə, həlak olan şəxs krallıq ərazisində yaşayan Pakistan vətəndaşıdır. Hazırda aeroporta dəymiş zərərin miqyası müəyyənləşdirilir.