Asiya Çempionlar Liqasının Qərb zonası üzrə qrup mərhələsinin II turu çərçivəsində Səudiyyə Ərəbistanının "Ən-Nəsr" və Özbəkistanın "Neftçi" (Fərqanə) klubları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Ər-Riyadda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə qollardan birini 42-ci dəqiqədə isə meydan sahiblərinin kapitanı Kriştianu Ronaldu vurub.
Bu qol 41 yaşlı oyunçunun peşəkar karyerasında 981-ci qol olub.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" və Özbəkistanın "Neftçi" komandaları arasında Asiya Çempionlar Liqasının ümumi mərhələsinin ikinci tur matçının startı Ər-Riyadda elan edilən raket təhlükəsi səbəbindən bir saat təxirə salınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qarşılaşmanın Bakı vaxtı ilə saat 22:15-də başlaması nəzərdə tutulsa da, oyun bir saat gec start götürüb.
Matçın ilkin başlama vaxtına az qalmış Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi paytaxtda potensial təhlükə ilə bağlı xəbərdarlıq yayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu "Ən-Nəsr"in start heyətində meydana çıxıb. "Ən-Nəsr" ilk turda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" komandasına 0:4 hesabı ilə böyük hesabla uduzub.
Oktyabrın 10-da krallığın Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfərin öldüyünü, daha 309 nəfərin yaralandığını bildirib.