Rusiyanın Krasnodar vilayətində baş vermiş dəhşətli hadisə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
"BMW X6" markalı avtomobil ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən dayanacaqdan yüksək sürətlə hərəkət edərək birbaşa avtomobil yoluna düşüb. Nəticədə maşında olan sürücü, qadın və uşaq həyatını itirib.
Məlum olub ki, avtomobili idarə edən 37 yaşlı erməniəsilli Rusiya vətəndaşı Rafael Arakelyan olub. Həmçinin maşında ölən digər iki sərnişin 37 yaşlı Yekaterina və onun 12 yaşlı oğlu Dima olub. Qadının həyat yoldaşı Aleksey baş verənlər haqqında yalnız hadisə televiziyada yayımlandıqdan sonra xəbər tutub.
Arvadının xəyanətini isə qəzadan cəmi iki gün öyrənib.
Belə ki, 10 ildir evli olan qadın Rafaeldən dörd aylıq hamilə olub. Əri Aleksey isə Yekaterinanın bətnindəki uşağın özündən olduğuna əmin olub. Rafael eyni zamanda onların ailə dostu olub. Aleksey və Yekaterina onunla üç il əvvəl tanış olublar və məlum olub ki, qadın demək olar, tanışlıqdan dərhal sonra ərinə Rafaellə xəyanət etməyə başlayıb.
Qəzadan iki gün əvvəl Aleksey, Rafael və Yekaterina arasında ciddi söhbət baş tutub. Aleksey arvadının üç ildir Rafaellə münasibətdə olduğunu və uşağın ondan olmadığını öyrənib. Cütlüklə danışdıqdan sonra Aleksey onları tərk edib, bununla belə hansısa şikayət irəli sürməyib və boşanma haqqında da danışmayıb.
Alekseyin sözlərinə görə, Rafael tez özündən çıxan və emosional adam olub, əvvəllər narkotiklə bağlı problemlər yaşayıb, hətta narkotik asılılığı olanlar üçün klinika da açıb. Ərin versiyasına görə, Rafael münaqişə zamanı onun həyat yoldaşını, oğlunu və özünü öldürmüş ola bilər.
Hazırda müstəntiqlər məhz bu versiyanı araşdırırlar. Belə ki, videodan da göründüyü kimi, avtomobilin sürücüsü hətta əyləci basmağa belə cəhd etməyib.
Rusiyada ermənidən dəhşətli intihar: Dostunun arvadı ilə eşq yaşadı, hamilə qoydu və oğlu ilə birgə öldürdü
Mənbə: "Baza" "Telegram"
Rusiyanın Krasnodar vilayətində ötən gün baş vermiş dəhşətli hadisənin təfərrüatı bəlli olub.
"BMW X6" markalı avtomobil ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən dayanacaqdan yüksək sürətlə hərəkət edərək birbaşa avtomobil yoluna düşüb. Nəticədə maşında olan sürücü, qadın və uşaq həyatını itirib.
Məlum olub ki, avtomobili idarə edən 37 yaşlı erməniəsilli Rusiya vətəndaşı Rafael Arakelyan olub. Həmçinin maşında ölən digər iki sərnişin 37 yaşlı Yekaterina və onun oğlu 12 yaşlı oğlu Dima olub. Qadının həyat yoldaşı başverənlər haqqında yalnız hadisə barədə xəbərlər televiziyada yayımlandıqdan sonra məlumat alıb.
Aparılan tibbi ekspertiza zamanı Yekaterinanın hamilə olduğu məlum olub. İstintaqın əsas versiyasına görə, o, arvadı ilə mübahisə edib və buna görə də qəsdən maşını çoxmərtəbəli dayanacağın üçüncü mərtəbəsindən ataraq intihar edib. Çünki ekspertlər hadisə yerində hər hansı əyləc izi aşkar etməyiblər. Həmçinin müəyyən olunub ki, Arakelyan maşını cəmi bir ay əvvəl alıbmış.
Faktla bağlı "iki və daha çox şəxsin ölümünə səbəb olma" maddəsi üzrə cinayət işi açılıb.
Rusiyada ermənidən dəhşətli intihar: Dostunun arvadı ilə eşq yaşadı, hamilə qoydu və oğlu ilə birgə öldürdü
Mənbə: "112" "Telegram"
Rəylər