Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin", - deyı sənəddə qeyd olunub.
İyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında irəli daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq olunub.

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda yekdilliklə Andrey Nikitinin Rusiyanın nəqliyyat naziri vəzifəsinə təsdiq edilməsinə səs veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl parlamentin Nəqliyyat və infrastrukturun inkişafı komitəsi onun bu vəzifəyə namizədliyinin təsdiqini palataya tövsiyə edib.
Mövcud qanunvericiliyə görə, bir neçə federal nazir, o cümlədən nəqliyyat naziri namizədliyi Dövlət Dumasında təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.
Nikitindən əvvəl bu vəzifəni ilkin məlumatlara görə, özünü güllələyən Roman Starovoyt tuturdu.