Bir neçə rusiyalı KVN iştirakçısı Ukraynanın "Mirotvorets" ("Sülhməramlı") saytının bazasına daxil edilib.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bazaya Ali Liqanın çempionu olmuş "Soyuz" komandasının dörd üzvü - Aydar Qarayev, Yelena Quşina, Aleksandr Alımov və Kirill Kokovkin daxil edilib.
Buna səbəb onların 2014-cü ildə çıxışları zamanı Krım haqqında "Sadəcə yarımadanı geri qaytardıq" mahnısını ifa etmələri olub.
"Mirotvorets" saytı KVN iştirakçılarını Rusiyaya açıq dəstək verməkdə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə ittiham edir.
Qeyd edək ki, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb. Saytın məqsədi "Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan" şəxsləri müəyyənləşdirmək və onların şəxsi məlumatlarını dərc etməkdir.