Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı müvəqqəti işlər vəkili Andrey Ordaşı XİN-ə dəvət edib. Rusiyalı diplomata etiraz notasının təqdim olunacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə PAP agentliyinə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirib.
Lakin P.Vronski vurğulayıb ki, Polşa Xarici İşlər Nazirliyi diplomatik nota təqdim olunana qədər onun məzmununu ictimaiyyətə açıqlamayacaq.
Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Andrey Ordaş özü "RİA Novosti"yə bildirib.
Qeyd edək ki, Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu bəyan edib.
Buna cavab olaraq Polşa Silahlı Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Həmçinin NATO ölkələrinin döyüş təyyarələri təhlükənin qarşısını almaq üçün havaya qaldırılıb.