Əfqanıstanın Cəlalabad şəhərində “Save the Children” uşaqların hüquqlarını müdafiəsi beynəlxalq təşkilatının ofisinə silahlı hücum nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Nanqarhar valiliyinin sözçüsü Ataullah Hogyani məlumat verib.
Onun sözlərinə görə, yanvarın 24-də səhər saatlarında 4 terrorçudan biri partlayıcı qurğunu ofisin yerləşdiyi həyətin qapısında partladıb, digər üç nəfər içəriyə daxil olaraq atəş açıblar:
“Onlardan ikisi zərərsizləşdirilib”.
Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.
A.M.
www.oxu.az