İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirib.
Oxu.Az IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Müctəba Xameneiyə həsr olunmuş "Həqiqi vəd - 4" əməliyyatının 31-ci dalğasında güclü superağır raketlərlə ABŞ-İsrail obyektlərinə zərbələr endirilib", - deyə məlumatda qeyd edilib.
Zərbələrin hədəfi olan obyektlərin yeri barədə məlumat verilmir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə PUA, eləcə də hipersəs və ballistik raketlərdən istifadə edilməklə 30-cu zərbələr dalğasının həyata keçirildiyini elan edib.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.
SEPAH "Həqiqi vəd - 4" adlı əməliyyat tam uğurla başa çatdığını, bölgədəki ABŞ bazalarını və şimal ərazilərindəki obyektləri vurduğunu iddia edib.
Bildirilib ki, əməliyyatlar zamanı həm maye, həm də bərk yanacaqla işləyən "Xorrəmşəhr", "Fəttah" və "Xeybər" raketlərindən, eləcə də strateji PUA-lardan istifadə edilib.
SEPAH-ın bəyanatında həmçinin qeyd edilib ki, zərbələr yeni Ali Rəhbər Müctəba Xameneinin seçilməsi ilə üst-üstə düşüb.