İranın elit hərbi qüvvələri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı vasitəsilə qanunsuz keçid etmək istəyən üç gəminin saxlanıldığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti hərbçilərin rəsmi açıqlamasına istinadən məlumat yayıb.
"Bir neçə saat bundan öncə xəbərdarlıqlarımızı qulaqardına vuraraq təhlükəli və qanunsuz marşrutla hərəkət edən üç neft tankeri hədəfə alınaraq dayandırılıb", - deyə açıqlamada qeyd olunub.
Qaynar xətt:
(055) 224 12 12