İranın cənubundakı Bəndər Abbas şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin ölümü ilə bağlı vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, mərasimdə İran bayraqları və Təngsirinin portretləri daşıyan yüzlərlə insan iştirak edib.
Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats martın 26-da SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kontr-admiralı Əlirza Təngsirinin öldürüldüyünü bildirib. SEPAH kontr-admiral Ə.Təngsirinin həlak olduğunu martın 30-da təsdiq edib.