Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Serbiyada nazirə hücum edildi, burnu sındırıldı
Serbiyanın Novi-Sad şəhərindəki etirazlar fonunda ölkənin mədəniyyət naziri Nikol Selakoviçə hücum edilərək onun burnu sındırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "Instagram" hesabında məlumat paylaşıb.
"Onlar, həmçinin nazir Selakoviçə bu gün axşam hücum ediblər və düşünürlər ki, problemi həll ediblər. Onlar, sadəcə olaraq, bu ölkədə demokratiya haqqında nə düşündüklərini və onlardan fərqli düşünən insanlara necə yanaşacaqlarını bir daha göstərdilər" , - deyə o yazıb.
Xatırladaq ki, martın 7-də Novi-Sadda tələbələr etiraz yürüşü keçiriblər, xeyli sayda vətəndaş onlara qoşulub. 2024-cü il noyabrın 1-də dəmiryol vağzalında talvarın uçması nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə etirazlar başlayıb.