Yaponiya Pekindəki diplomatik kanallar vasitəsilə Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya - KXDR) onun Yapon dənizinə ballistik raket atması ilə əlaqədar etirazını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətinin baş katibi Minoru Kiharaya istinadla məlumat yayıb.
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) Yapon dənizinə doğru ballistik raket atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hökumətinin Pxenyana qarşı tətbiq etdiyi son sanksiyalara cavab olaraq Şimali Koreya belə addım atıb.
Bildirilir ki, bu, Şimali Koreyanın oktyabrın 22-dən bu yana ilk, il ərzində yeddinci ballistik raket istifadəsidir.