İranın Şimali Xorasan əyalətində Boulinq və Bilyard Şurasına Rza Mənsurian yekdilliklə sədr seçilib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Boulinq və Bilyard Şurasından məlumat verilib.
Məlumata görə, bu vəzifəyə təyin edilməzdən əvvəl Rza Mənsurian Aşura dərslərində natiq kimi fəaliyyət göstərib, həmçinin əyalətin İdman və Gənclər Departamentində mədəniyyət və dini məsələlər üzrə müşavir vəzifəsində çalışıb.