İndoneziyada tütün siyasəti çox mürəkkəbdir. Ucuz siqaretlər, hər yerdə reklam edilən tütün reklamları, günü-gündən inkişaf edən güclü tütün istehsalı, qanundakı boşluqlar və ya mövcud qanunlara riayət edilməməsi İndoneziya gəncliyinin sonuna çıxa bilər.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, statistikaya görə, 70%-ə yaxın indoneziyalı kişi siqaret çəkir. Onların çoxu isə artıq uşaq yaşlarından siqaretə qurşanırlar. İnkişaf etmiş ölkələrdə siqaret çəkənlərin sayı azalmağa doğru getdiyi bir zamanda (ABŞ-da siqaret çəkənlərin sayı 20% azalıb) İndoneziyada siqaretə tələbat durmadan artır.
“Marlboro” siqaretinin istehsalçısı Philip Morris kimi tütün nəhənglərinə qərb bazarlarında tələbat azaldıqca, onlar İndoneziya kimi nəzarətsiz ölkələrdə əsasını qoymağa çalışırlar. 2010-cu ildən etibarən bu ölkədə siqaret çəkənlərin yaşı daha da cavanlaşıb.
1995-ci ildə pis vərdişə qurşananların sayı 71 000 idisə, 2010-cu ildə onların sayı 426 000 çatıb. Siqaret istifadəçilərinin yaşı isə 10-14 arasında dəyişir. Hal-hazırda İndoneziyada baş verənləri fotoqraf Mişel Siu (Michelle Siu) kamerasının lentinə alıb.