Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sloveniyada Melaniya Trampın heykəli oğurlanıb
Sloveniyada ABŞ-nin birinci xanımı və ölkə prezidentinin arvadı Melaniya Trampın bürünc heykəli oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "France24" məlumat verib.
Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək araba ilə aparıblar. Polis faktla bağlı araşdırmalara başlayıb.
Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərindəki abidə 2020-ci ildə ucaldılıb. Amerikalı rəssam Bred Dauninin yaratdığı heykəl bürüncdən hazırlanıb. O, şəxsi mülkiyyətdə yerləşib, beton əsas üzərində dayanıb və metal çubuqlarla bərkidilib.
Dauni hesab edir ki, heykəlin yoxa çıxması Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər.
"Melaniya Tramp" teqi üzrə xəbərlər
- Tramp və həyat yoldaşını qırmızı xalıda fitə basdılar
- Ağ Evdə Trampın portreti yeniləndi – ABŞ bayrağı ilə bağlı diqqətçəkən məqam
- Trampın ailəsinin gəliri digər ABŞ prezidentlərinin qazancını üstələdi
- Tramp: "Putin Melaniyanı təriflədi"
- ABŞ prezidentinin bioqrafı: "Tramp və Melaniya faktiki olaraq ayrılıblar"