İyulda Antalya kurortlarında 684 mindən çox rusiyalı turist dincəlib.
Oxu.Az-ın Dojd-a istinadən verdiyi məlumata görə, bu, ümumi turist sayının 21.9 faizini təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Antalya hava limanından 2 milyondan çox rusiyalı istifadə edib.
2016-cı ildə Antalyada dincələn rusiyalıların sayı 15.5 min nəfər, 2015-ci ildə - 567.7 min, 2014-cü ildə isə 674.6 min nəfər olub.
Rusiyalı turistlər ümumi turist sayının 38.5 faizini, almanlar 16 faizi, ukraynalılar isə 8.1 faizini təşkil edir.
Bu ilin ilk yarısında Türkiyəyə səfər edən 1.7 milyon turistin 1.3 milyonu Antalya kurortlarında istirahət edib.
Rusiya turoperatorlar assosiyasıyasının məlumatına görə, Türkiyə yay mövsümündə istirahət üçün rusiyalı turistlər arasında ən populyar istiqamətlər reytinqində birinci yeri tutub.
İ.F.