Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"SpaceX" "Starlink"in sürətini dəfələrlə artıracaq
"SpaceX" şirkəti ABŞ Federal Rabitə Komissiyasına "Starlink" peyk internet sisteminin sürətini dəfələrlə artırmaq planları barədə məlumat verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "ArsTechnica" nəşri xəbər verir.
Məlumata görə, "Gen2" nəsil peyklərin buraxılış qabiliyyəti saniyədə təxminən 100 meqabitdən 1 giqabitə qədər artırılacaq. Qeyd olunur ki, bu məqsədlə "Gen2" aparatları "Gen1" nəsil peyklərində olduğu kimi 525, 530 və 535 km əvəzinə 480, 485 və 475 km hündürlükdə yerləşdiriləcək.
"SpaceX"in rəhbəri İlon Maskın sözlərinə görə, "Gen2" peykləri o qədər böyükdür ki, onların kütləvi buraxılışı yalnız "Starship" çoxistifadəli nəqliyyat sistemi ilə mümkündür.
"SpaceX" teqi üzrə xəbərlər
- İlon Mask dünyanın ən böyük zavodunu inşa edir
- Marsa insanabənzər robot nə vaxt göndəriləcək? - İlon Mask tarixi açıqladı
- Pentaqon yaxın günlərdə "Qızıl qübbə" raketdən müdafiə sisteminin tətbiqi planını təqdim edəcək
- Maraqlı layihə - Kosmik gəmilər Yerin energetikasını dəyişəcək
- "SpaceX" şirkətinin mənzil-qərargahının yerləşdiyi Starbeys bazası rəsmən şəhər oldu