ABŞ-nin "SpaceX" şirkəti "Starship" kosmik gəmisinin buraxılışını uğurla həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "SpaceX"in "X" hesabında dərc edilib.
Qeyd olunub ki, kosmik gəminin prototipi olan raket Qrinviç vaxtı ilə 22:30-da (Bakı vaxtı ilə 1:30-da) Texasdan havaya qalxıb və 10-cu sınaq uçuşunu uğurla başa vurub.
"SpaceX" "Starship" kosmik gəmisinin buraxılışını uğurla həyata keçirib