Şri-Lankanın Mərkəzi Əyalətində avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yaralananlar arasında yaşı 15-dən az olan doqquz uşaq da var.
İlkin araşdırmaya əsasən, qəzaya avtobusun əyləc sistemindəki nasazlıq səbəb olub.