Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səkkiz yaşlı Hüseynin vəziyyəti ağırdır: Müalicə üçün təcili xaricə getməlidir
Səkkiz yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Bədəlova məlumat verib.
O bildirib ki, övladı serebral iflic xəstəliyindən əziyyət çəkir:
"Hüseyn bir yaşına qədər tam sağlam uşaq olub. Bir yaşı olanda yıxılaraq başından ağır xəsarət aldı. Həmin gündən serebral iflic oldu. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsam da, bəzən maddi olaraq bunu qarşılaya bilmirəm. Hüseyn sizin saytın izləyicilərinin dəstəyi ilə dəfələrlə İrana gedib, əməliyyat olunub. Hazırda onun qıcolmaları yenidən artıb. İnanın, bir neçə həftə əvvəl vəziyyəti o qədər ağırlaşdı ki, sakitləşdirə bilmədim. O qədər ağır qıcolma keçirdi ki, qolu da çatlayıb".
Gənc ana hazırda Hüseynin yenidən İrana müalicə üçün getməli olduğunu deyib:
"Biz Hüseynlə iki həftəyə yaxındır xəstəxanada qalırıq. Vəziyyəti çox gərgindir. İnanın, gecələr belə yata bilmirəm ki, birdən qıcolması tutar. Vəziyyətimiz, inanın, çox pisdir. Hazırda yenidən İrana gedib, orada müayinələrdən keçməliyik. Bunun üçün isə imkanımız yoxdur. İrana getmək və müayinələrdən keçmək üçün 2 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 956-26-34.
"Kapital Bank": 5239 1517 3239 2801.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- 21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan doqquzyaşlı Zaidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Üç övladı da xəstə olan ana yardım diləyir: "Bəzən günlərlə yemək ala bilmirəm"