Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Stokholmda parlamentin yaxınlığında “Quran” yandırılıb - VİDEO
İsveçin paytaxtı Stokholmda Polisin icazə ilə parlament binası yaxınlığında aksiya keçirilib.
Məlumata görə, aksiyanın təşkilatçıları, İraqdan olan miqrantlar Salvan Momika və Salvan Naсem “Quran”ın bir neçə səhifəsini yandırıblar.
Əksəriyyəti jurnalistlər olan 50-yə yaxın insanın toplaşdığı aksiyada Momika və Nacem müqəddəs kitabı əvvəlcə təpikləyib, sonra ortasından bir neçə vərəqi qoparıb yandırıblar. Yanmış kitabı zibil qutusuna atıblar. Daha sonra bir başqa “Quran”ı da cırıb zibil qabına atıblar.
Çəkilmiş səddin o yanında dayanan müsəlmanlar bu cür hərəkətə ucadan etiraz ediblər.
Mənbə: TASS
"İraq" teqi üzrə xəbərlər
- Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı
- İraqın Niderlanddakı səfirliyində yanğın baş verib
- İraqda uşaq evliliyi ilə bağlı qanun: Doqquz yaşlı qızlarla dini nikaha icazə verildi
- Prezident İlham Əliyev Davosda Əbdüllətif Camal Rəşid ilə görüşüb
Ən çox oxunanlar