Sudanın qərbindəki Marra dağları bölgəsində baş verən güclü torpaq sürüşməsi bütöv bir kəndi tamamilə yerlə bir edib, 1 000-dən çox insan həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yerli hakimiyyət qurumları təbii fəlakətin bir kəndi tamamilə yer üzündən sildiyini açıqlayıb.
Qeyd olunub ki, bölgədə sürüşmə uzun sürən leysan yağışlarından sonra baş verib. Dağıntının miqyası o qədər böyükdür ki, kəndi bərpa etməyin mümkün olmayacağı vurğulanıb.